Etibar Pirverdiyev: "Elektrik enerjinin qiymətinin artması üçün müraciət edilməyib"
"Üç ölkə arasında elektrik enerjisinin paralel ötürülməsini nəzərdə tutan enerji körpüsü layihəsi bu ilin sonunadək işə salınacaq".
APA TV-nin xəbərinə görə, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib ki, artıq Mingeçevirdən Gürcüstanadək elektrik ötürücüləri tam hazırdır: "Dəyişən cərəyanın sabit cərəyana çevrilməsi Gürcüstan ərazisində qoyulub. Türkiyə sərhədlərində işlər aparılır. Düşünrəm ki, yaxın vaxtlarda bu xətt işə salınacaq".
Etibar Priverdiyevin sözlərinə görə, 400 meqavat gücündə 2-ci enerji bloku da bu ilin sonunda istifadəyə veriləcək. Ölkənin elektrik stansiyalarının qoyuluş gücünün 6 min meqavat civarında olduğunu deyən Etibar Priverdiyev 800 meqavat gücündə yeni stansiya istifadəyə verildikdən sonra nəticənin dəyişməməyinə də münasibət bildirib: "Həmin gücü istifadəyə verməklə çox köhnə olan, 1960-cı illərin əvvəllərində yaradılmış Şirvan elektrik stansiyasında istehsalı tədricən saxlayacağıq".
Etibar Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib: "Bu, "Azərenerji"nin səlahiyyətlərindən kənardır. Ancaq biz belə bir təklif irəli sürməmişik".
Onun sözlərinə görə, bu il də Azərbaycanda ağıllı sayğacların quraşdırılması işləri aparılacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək