Həkim, mənim dərdim nədir? – 70 manat ver, deyim

# 17:34
14 sentyabr 2023

İstəməsək də zaman–zaman xəstəxanaların qapısını döyməli oluruq. Amma indi vəziyyət elədir ki, dərdimizi demək üçün də həkimə pul ödəməliyik. Səhhətində ciddi problem olsa da, olmasa da qapıdan içəri girib həkimin adını deyən kimi ən azı 50 manatını alırlar. Maraqlıdır, həkim qəbulu qiymətləri niyə bu qədər sürətlə yüksəlir? Ümumiyyətlə, bu qiymətlər nəyin əsasında formalaşır və bu sahəyə nəzarət edilirmi? Özəl klinikalara yolu düşənlər bilir ki, həkim qəbuluna yazılmaq üçün eşitdiyiniz bu rəqəmlərdən daha yüksəkləri var. Var, bəli, həkimin qəbuluna düşəndən sonra yazılan müalicəni etmək, ən ucuz dərman axtarışına çıxmaq, müalicədən sonra reseptin aşağısında yazılan “1 aydan sonra yenidən müayinəyə gəlinməlidir“ cümləsini oxumaq və yenidən qəbul üçün pul ödəmək... Bəzən bu proses pasient müalicə və müayinədən imtina edənədək davam edir. Bəs ceyran belində olan bu qiymətlər nə vaxtsa yerə enərmi və ya enməsi üçün hansısa tədbirlər görülürmü? Sualımıza cavab tapmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, özəl xəstəxanaların qiymət qrafiki onların öhtəliyində deyil. İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, özəl tibb müəssisələrində həkim qəbulu ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Özəl klinikalar müstəqil sahibkarlıq subyektləri olduqları üçün qiymətləri də özləri tənzimləyirlər. Tibbi jurnalist Aygün Musayeva deyir ki, həkimlərin müayinə qiymətləri klinika tərəfindən təyin olunur çünki həkimə sadəcə pasient yox, çalışdığı klinika da pul ödəyir: Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla deyir ki, özəl klinikalara müraciət etmək istəyən vətəndaşları bu problemdən xilas etmək üçün özəl xəstəxanalar da icbari tibbi sığortaya daxil edilməlidir. Belə.. könül istər ki, heç kimin yolu nə dövlət, nə də özəl xəstəxanalara düşsün. Amma səhhətimizdə yaranan problemlərin nədən qaynaqlandığını, müalicəyə ehtiyacımızın olub-olmadığını bilmək üçün bu qədər vəsait niyə xərclənməlidir? Deyəcəksiniz ki, nə məcburdur özəl klinikaya gedəsiniz, dövlət xəstəxanaları nə günə durub? Məsələ belədir ki, elə dövlət xəstəxanalarında çalışan həkimlərin əksəriyyəti eyni zamanda özəl klinikalarda xidmət göstərirlər. Elə bir çox hallarda pasienti saat müəyyənləşdirib, özəl klinikaya çağıran da onlar olur. Lətifəsi vətəndaşın sağlamlığını, imkansızlığını klinikanın qoyduğu öhtəliklərdən üstün tutan həkimlərdən uzaq..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR