Şəmsəddin Hacıyev Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən çıxarıldı
Azərbaycan prezidenti İlham Əliyev Ədalət Cəlal oğlu Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. O bu postda Şəmsəddin Hacıyevi əvəz edəcək.
Qeyd edək ki, Şəmsəddin Hacıyev 3 noyabr 2004-cü il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsində çalışırdı. O, həmçinin Milli Məclisin üzvü, Elm və Təhsil Komitəsinin sədridir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək