BAKIDA POLİS MAŞINI TAKSİ İLƏ TOQQUŞDU: 1 ölü, 1 yaralı
Ötən gecə Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və "VAZ-2107" markalı maşın toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü, 25 yaşlı Otorod Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin isə dünyasını dəyişib. Qəza nəticəsində həlak olanın şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Onun 24-25 yaşlı kişi olduğu bildirilir.
İlkin məlumata görə, yol-patrul xidmətinin avtomobili Xaqani küçəsi ilə, taksi fəaliyyəti göstərən "VAZ-2107" isə Azadlıq prospekti ilə hərəkət edirmiş. Maşınlardan biri işıqforun qadağanedici işığında hərəkətini davam etdirib və küçələrin kəsişməsində toqquşma olub. Yol-patrul xidmətinin əməkdaşı idarəetməni itirib və onun idarə etdiyi avtomobil səkiyə dırmaşıb. Yol polisi əməkdaşları arasında xəsarət alan yoxdur. APA TV-yə təqdim edilən həvəskar kadrlardan da görünür ki, polis əməkdaşları VAZ-2107-dəki şəxslərə yardım etməyə çalışırlar. Həmin vaxt yaralı olan sərnişin sonradan düyasını dəyişib. Yaralı sürücü isə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək