İngilislərin Ərdoğan proqnozu: Seçkidə qalib kim olacaq?

# 16:23
26 aprel 2023

Türkiyədəki prezident seçkilərinin nəticələri ilə bağlı dünya mediasında müxtəlif hesabatlar dərc edilməkdədir.

Hələ seçkilərə 15 gündən çox vaxtın qalmağına baxmayaraq, İngiltərənin məşhur “The Economist” jurnalında da məqalə dərc edilib. Məqalədə “Biz Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gələcəyini gözləyirik”, - deyə bildirilir.

Materialda həmçinin mübarizənin şiddətli keçəcəyi vurğulanır.

Sitat: Ərdoğanın 20 illik hakimiyyətinin uzanacağı gözlənilir. 13 faizdən çox olan qərarsız seçicilər həlledici rol oynayacaq. Eyni zamanda Ərdoğanın şəxsi mövqeyi də bu vəziyyəti gücləndirir" sitatın sonu.

O da qeyd olunub ki, müxalifət qalib gələcəyi təqdirdə Türkiyəni böyük dəyişiklik gözləyir. Ümumi həcmi 9 səhifəlik olan hesabatda bildirilib ki, müxalifətin Ərdoğanı məğlub etmək üçün tarixi şansı olsa da, bu qeyri-mümkündür.  Maraqlıdır ki, hesabatda Rusiya-Türkiyə münasibətlərinə də yer verilib və qeyd olunub ki, Ankara Moskva ilə əlaqələrini gücləndirəcək və NATO-da fəaliyyətini davam etdirən Türkiyə təşkilata daxil olmaq istəyən digər dövlətlərə maneə yaradacaq. Erdoğanın xarici siyasəti ilə bağlı bölmədə Rusiya-Ukrayna müharibəsində Türkiyənin uğurlu mövqeyi barədə fikirlər qeyd olunub və vurğulanıb ki, bütün dünyanı narahat edən Rusiya-Ukrayna savaşında Türkiyə vasitəçi rolunu öz üzərinə götürüb və dünyadakı mühüm böhranların, xüsusən də taxıl qıtlığının həllinə mühüm təsiri oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR