Metro stansiyasında qatar relsdən çıxdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
ABŞ-ın Boston şəhərinin metrosunda qatar relsdən çıxıb. Baş verən qəza nəticəsində ölən olmasa da, sərnişinlər ciddi bədən xəsarətləri alıblar. İlkin məlumata görə, qəzada xəsarət alanlardan 10-u xəstəxanaya yerləşdirilib.
APA TV-nin xəbərinə görə, qəza metronun "Kenmor" və "Funhey" stansiyaları arasındakı yaşıl xətdə baş verib. Qatar cəmi iki vaqondan ibarət olub. İlk vaqon relsdən çıxdıqdan sonra tunelin divarına çırpılıb.
Hadisənin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək