"VAZ 21014” 40 yaşlı qadını vurub öldürdü
Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 6-cı km-də qeydə alınıb. Vüsal Aliyev idarə etdiyi "VAZ 21014” markalı avtomobilə Gəncədən Şəmkir istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən naməlum piyadanı vurub. 40-45 yaşlarında olduğu ehtimal edilən qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər baş polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək