Bakı Metropoliteni: Mağazaların icarə müqaviləsinin müddəti uzadılmayacaq
Bakı Metropoliteni metro stansiyalarının keçidlərindəki mağazaların ləğv olunmasına etiraz olaraq, bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
"Müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq, uzadılmayacağı barədə xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək