Bakıda "RANGE ROVER" QƏZAYA UĞRADI
Gecə saatlarında paytaxtın Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Şərifzadə küçəsində "Saipa" markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirərkən sürətlə hərəkət edən "Range Rover" markalı maşın idarəetməni itirərək ona çırpılıb. Qəza nəticəsində "Saipa"nın sürücüsü Elnur Hüseynov xəsarət alıb. Digər avtomobilin sürücüsu isə hadisə yerini tərk edib.
Hər iki avtomobilə ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına aparıblar. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək