Xarkovda toqquşma: 2 ÖLÜ
Ötən gecə Ukraynanın Xarkov şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Atışma şəhərin Rımarski küçəsində baş verib.
APA TV xəbər verir ki, Rımarski küçəsinə bir neçə avtomobil gəlib. Bundan sonra atışma başlayıb.
Atışma baş verən küçəyə milis, “təcili yardım” briqadaları, yanğınsöndürənlər və Xarkovun meri Qennadi Kernes gəlib.
Toqquşmanın Rusiyapərəst Xarkov gəncləri və “Pravıy sektor” təşkilatının üzvləri arasında baş verdiyi bildirilir.
Toqquşma zamanı avtomatlar, səs-işıq qumbaraları və “Molotov kokteylləri”ndən istifadə edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək