"BMV" və "KİA" toqquşdu
Bakının Nərimanov rayonunda "BMW" və "KİA" markalı avtomobillər toqquşub. Qəza nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun qarşısında tıxac meydana gəlib. Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsindən APA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində qəzaya "BMW" markalı avtomobil sürücüsünün səbəb olduğu müəyyənləşdirilib. O, işıqforun yaşıl işığında hərəkət edən "KİA" markalı avtomobili gözləməyib. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, toqquşan avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala düşüb. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək