Sumqayıtda satıcıya qarşı quldurluq etdi - ANBAAN
Sumqayıtda satıcıya qarşı quldurluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin 1-ci mikrorayonu ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı olan Arzuman Abasova qarşı quldurluq hadisəsi törədilib. Onun polis əməkdaşlarına müraciətindən sonra həmin şəxsin kimliyi məlum olub.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 2003-cü il təvəllüdlü Eldar Axundov olduğu məlum olub və o saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, Eldar Axundov kəsici alətlə satıcının hədələyərək onun telefonunu və kassada olan pulu götürərək ərazidən uzaqlaşmışdı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu