Lənkəranda ailənin tək övladını maşın vurub öldürdü
Lənkəranda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb.
Rayonun Vilvan kənd sakini, 25 yaşlı Ramin Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada - Lənkəran şəhər sakini, 10 yaşlı Mirtahir Hüseynzadəni vurub. Vurulandan sonra sürücü uşağı xəstəxanaya çatdırmaq istəsə də, o, aldığı xəsarətdən yolda ölüb. Sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məlumata görə, Mirtahir Hüseynzadə ailənin yeganə övladı olub.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək