Əli Həsənov: “Bəzi insanlar bu şəbəkələrin tərkibində dövlətimizə qarşı kampaniyalarda iştirak edirlər”
“Azərbaycan dövləti iqtidarlı-müxalifətli hansı cəbhədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır. Onların mövqeyini biz dəstəkləyirik”. Bu fikirləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, bəzi cərəyanlar tərəfindən Azərbaycan jurnalistlərini dövlətə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Zəif olan insanlar müəyyən müddət o cərəyanlara qoşula bilirlər. Bu şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda da iştirak edirlər. Amma bilin ki, heç vaxt dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Onların cəzasını ən yaxşı halda cəmiyyət verər".
Jurnalistlərin azad fəaliyyəti üçün bütün şəraitin yaradıldığını deyən Əli Həsənov qeyd edib ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq vətənpərvər olmalıdır. Onun sözlərinə görə. prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara qayğı göstərmək siyasətini davam etdirir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək