Bank Of Baku

"İsmayıllı hadisələri" ilə bağlı tutulanlara HÖKM OXUNDU

# 18:41
17 mart 2014

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin məhkəməsi başa çatıb. APA TV xəbər verir ki, Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 3 nəfəri 8 il müddətinə azadlıqdan məhrum edilib. 8 nəfər şərti olaraq, azadlıqdan məhrum edilib. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu və digər təqsirləndirilən Elşən Qurbanov isə 5 il müddətinə azadlıqdan məhrum olunublar.

 

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının sədri İlqar Məmmədov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə təqsirli biliniblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR