Ukraynada yeni müdafiə naziri təyin edildi
Ukraynada yeni müdafiə naziri təyin olunub. Ukraynanın müdafiə naziri səlahiyyətlərinin icraçısı, admiral İqor Tenyux istefaya gedib. Parlament prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovun təqdimatı ilə Mixail Kovalı müdafiə naziri səlahiyyətlərinin icraçısı təyin edib. Mixail Kovalın namizədliyi 251 səslə dəstəklənib.
Mixail Koval 1956-cı ildə Xmelnitsk vilayətinin İzyaslav şəhərində doğulub. Ukrayna Sərhəd Qoşunlarının general-polkovnikidir. Bu il martın 5-də Krımda olarkən Yaltada naməlum şəxslər tərəfindən oğurlanıb. Danışıqlar nəticəsində azad edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək