Dumanlı hava nə vaxtadək davam edəcək?
Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Onun sözlərinə görə, bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb.
Gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.
Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu