Qubada 18 yaşlı tələbə bıçaqlanıb
Müəllimlər İnstitutunun Quba filialının tələbəsi bıçaqlanıb. APA TV-nin şimal bürosunun məlumatına görə, İnstitutun tələbəsi Salyan rayon sakini, 18 yaşlı Xalid Osmanlı müxtəlif bıçaq xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, iki bıçaq zərbəsi alan zərərçəkənin vəziyyəti orta ağırdır.
Quba rayon Prokurorluğundan isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək