Azərbaycan və Ermənistan XİN başçıları aprelin 4-də görüşəcəklər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün aprelin 4-də Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində keçirilməsi planlaşdırılır.
APA-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmaq üçün Moskvaya səfər edəcək.
Qeyd edək ki, martın 28-də ATƏT-in Minsk qrupu həmsədrləri Elmar Məmmədyarovla Edvard Nalbanyanın aprelin əvvəlində Rusiya paytaxtında görüşəcəyini bəyan ediblər. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq olacaq.
MDB XİN başçılarının 4 aprel toplantısında 20-dək sənədin nəzərdən keçiriləcəyi gözlənilir. Onların arasında birlik dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığını nəzərdə tutan sənədlər, o cümlədən MDB çərçivəsində 2013-cü ildə XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələr planının icrası, habelə bu il üçün nəzərdə tutulan müvafiq plan, yetkinlik yaşına çatmayanların daimi yaşadıqları ölkələrə qaytarılması və digər məsələlər müzakirə olunacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək