“KamAZ”la “Mercedes” belə toqquşdu - real görüntü
Hacıqabulda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, yol qəzası Bakı-Qazax yolunun 84-cü kilometrliyində, yolun Hacıqabul rayonun Atbulaq qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Akif Mirzəmməd oğlu Şahmarovun idarə etdiyi 40-BC-748 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə Rizvan İsa oğlu Həsənovun idarə etdiyi 90-JZ-644 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək