Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycandadır
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin Azərbaycana rəsmi səfəri başlayıb. Səfər zamanı onu qərargahın ali rütbəli şəxsləri müşaiyət edib. APA TV-nin xəbərinə görə, Necdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra qonaqlar Türk Şəhidliyinə gəlib. Necdət Özəl oradakı xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra ordu generalı Necdət Özəl Müdafiə Nazirliyinə yola düşüb. Nazirlikdə onun şərəfinə fəxri qarovul düzülüb. Qonağı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb. Qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Müdafiə Nazirliyində görüş keçirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək