“Lufthansa”nın pilotları tətilə başladılar
Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları aprelin 3-dən günlük tətil keçirməyə başlayıblar. Almaniya pilotlarının Həmkarlar İttifaqının bəyantında qeyd edilir ki, “Lufthansa” aviaşirkətinin 5 400 nəfərlik heyəti aprelin 4- dək tətil keçirəcək.
Bununla əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. “Lufthansa” gün ərzində 2 minə yaxın aviareys həyata keçirir.
Xatırladaq ki, martın 28-də Bakı-Frankfurt istiqamətində “Lufthansa” aviaşirkətinin aviareysi təxirə salınmışdı. Aviareysin təxirə salınması Almaniyada hava limanlarının yerüstü işçilərinin əmək haqlarının artırılması və əmək şərtlərinin yaxşılaşdırması tələbi ilə tətil keçirməsi ilə bağlı idi.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək