ARDNŞ-in "məsul işçisi" vətəndaşın 6 min manatını mənimsəyib
Nizami polisi Nurəliyev Azər Müslüm oğlunu dələduzluq etdiyinə görə həbs edib. Araşdırma zamanı Nurəliyevin etibardan süi-istifadə etməklə özgənin əmlakını ələ keçirdiyi məlum olub. Özünü Dövlət Neft şırkətinin məsul işçisi kimi təqdim edən saxlanılan şəxs zərərçəkən Şıxəliyev Azər Nuri oğlunundan 6 min manat pul alıb . Söz verib ki, onu dövlət neft şirkətinin 28 may Neft-Qaz çıxarma idarəsində işə düzəldəcək: "Əvvəl 1500 manat aldım, sonra 4500 manat".
APA TV-nin xəbərinə görə, istintaq hesab edir ki, bu, tikinti sektorunda fəhlə işləyən Nurəliyevin birinci əməli deyil. Onun başqa dələduzluqları törədib-törətmədiyi istintaqın sonunda bəlli olacaq. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək