Kasapda ermənilərə hücum olduğu barədə xəbərlər təkzib edildi
Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası Kasap qəsəbəsində ermənilərin hucumlara məruz qalması barədə iddiaları təkzib edib. Koalisiyadan bildirilib ki, Bəşəd Əsəd rejimi bölgəni bombalayır və bu zaman müsəlman-xristian, ərəb-erməni seçimi aparılmır.
APA TV-nin xəbərinə görə, koalisiyanın xristian üzvü Əbdüləhəd Estifo müxalif qüvvələrin iki həftə ələ keçirdiyi Kasab qəsəbəsində 50-yə yaxın erməni ailənin yaşadığını və onlara qarşı hər hansı hücumun olmadığını bəyan edib.
Qeyd edək ki, əsasən Rusiya və Ermənistan mənbələri Suriyanın Türkiyə ilə sərhədində yerləşən bölgələrində ermənilərin hücumlara məruz qaldığı, onlarla erməninin öldürüldüyü barədə məlumat yayır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək