İslamabadda bazar partladıldı: 17 ölü
İslamabad yaxınlığında güclü partlayış baş verib. 17 nəfər ölüb, 50 nəfər yaralanıb. APA-nın yerli “Express Tribune” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə bazarda olub. Təxminən 4-5 kiloqramlıq partlayıcı maddə istifadə edilən bombanın kustar üsulla düzəldildiyi bildirilir.
Polisin verdiyi məlumata görə, partladıcı bazara meyvə qutularında gətirilib. Şahidlər hadisə zamanı bazarda iki mindən çox adamın olduğunu qeyd edib.
Ərazi mühasirəyə alınıb, araşdırma aparılır. Pakistan hökuməti ilə Talibanın yerli qolunun arasında gedən danışıqlar zamanı baş verən hadisənin danışıqları hədəfə aldığı güman olunur. Taliban partlayışı üzərinə götürməyib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək