Şabranda qaz sızması yanğına səbəb oldu
Şabran rayonunda ikimərtəbəli yaşayış evi yanıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçikənd kəndində qeydə alınıb. Yanğının söndürülməsinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 10 nəfər canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Kənd sakini, 42 yaşlı Məmmədov Seyfəddin Əlverdi oğluna məxsus iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsi təxminən 60 kvadratmetrlik sahədə ev əşyaları ilə birlikdə külə dönüb.
İlkin ehtimallara görə, yanğına qaz sızması səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı