Bu ərazilərə leysan və qar yağacaq, külək güclənəcək
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
APA TV xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib