"Mercedes" qaranlıqda yolu keçən qadını vurub öldürdü
Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin xəbərinə görə, hadisə rayonun Ramiz Quliyev küçəsində qeydə alınıb. "90 GJ 300" nömrəli "Mercedes" in sürücüsü yolu keçmək istəyən və hələlik şəxsiyyəti müəyyənləşməyən qadını vurub. Nəticədə qadın hadisə yerində ölüb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə qadının işıqlandırma olmayan küçəni keçmək istədiyi zaman baş verib.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı