AKİA ötən il 310 milyon manat subsidiya ödənişi həyata keçirib

# 15:10
27 yanvar 2022

Avropa İttifaqı yerli fermerləri dəstəkləyir və xüsusilə aqrar-turizm sektoruna diqqət göstərilir.


APA TV  xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Aqro-Turizm İnvestisiya Forumu"nda deyib. Avropa İttifaqının ölkədəki səfiri bildirib ki, Avropa İttifaqı Lənkərandakı həyata keçirdiyi aqro layihələrinin məbləği 40 milyon avro, hazırda gündəmdə olan aqrar-turizm layihənin məbləği isə 0,5 milyon avro təşkil edir: ”Avropa ölkələri aqrar-turizm sahəsində güclü təcrübəyə malikdir və Azərbaycanla bu təcrübəni bölüşmək ilə yerli istehsalçıların gəlirlərini artıraraq Azərbaycanda sözügedən sahənin xarici turistlər üçün daha cəlb edici edir”.


Tədbirdə çıxış edən  Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova bildirib ki, ötən il 310 milyon manat həcmində subsidiya ödənişi həyata keçirilib. Onun sözlərinə görə, ötən il müxtəlif istiqamətlərdə istehsalın genişləndirilməsi üçün kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 milyon manatlıq aşağı faizli kreditlər, güzəştlər və mikro kreditlər verilib.

Semral Cavad
Fariz Quliyev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR