Nazir Hüseyn Bağırov Bərdədə vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bərdədə sakinləri qəbul edib. APA TV-nin xəbərinə görə, qəbula Bərdə ilə yanaşı Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarından olan 50-yə qədər vətəndaş qatılıb. Vətəndaşlar əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı müraciət ediblər. Bəzi şikayətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarına tapşırıq verilib, digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Şikayətlərdən və müraciətlərdən bəziləri isə yerində həll olunub.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı