Azərbaycan prezidentindən Sarkisyana: "Türkiyənin təmsil olunmamasından istifadə edirsiniz..."
Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb. “Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə etdiyini deyib, “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” söylədi”, deyə N. Məmmədov qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı