DSMF sədri həyata keçiriləcək pensiya islahatlarından danışdı
Azərbaycanda Amerika Ticarət Palatası və Sosial Müdafiə Fondu arasında işgüzar görüş keçirilib. APA TV-nin xəbərinə görə, görüşdə fondun sədri Elman Mehdiyev, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak edib.
Elman Mehdiyev Azərbaycanda həyata keçiriləcək pensiya islahatları barədə məlumat verib: "Apardığımız müzakirələrin nəticəsi olaraq, Avropa Birliyinin "Tvininq" layihəsi üzrə müqavilənin imzalanması başa çatıb. Qalib gələn avropalı ekspertlər qarşıdakı iki il müddətində Azərbaycanda yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyəti üçün təkmil qanunvericiliyin hazırlanmasında bizə yardımçı olacaqlar".
Fond sədri bildirib ki, növbəti aydan daha 5 elektron xidmət istifadəyə veriləcək.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı