Narkoloji mərkəzdə yanğın baş verib, ölən və yaralı var
Altay vilayətində narkoloji mərkəzdə yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə baş idarəsinin yaydığı məlumata görə, bərpa mərkəzində yanğın səhər saatlarında başlayıb. Hadisə nəticəsində 200 kvadratmetrlik dam örtüyü yandıb. Yanğını söndürmək üçün 2-si könüllü olmaqla 5 yanğınsöndürən maşın cəlb edilib. Tədqiqatçılar yanğının səbəbini və ölənlərin kimliyini araşdırırlar. Reabilitasiya mərkəzi qeyri-kommersiya xeyriyyə təşkilatlarından birinə məxsusdur.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı