Bizə sülh yaradanlar lazımdır, separatçı deyil - Siyavuş Novruzov
“Görünür ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-dan imzalanmış üçtərəfli Bəyanata hörmətsiz yanaşır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov bildirib ki, Milli Məclisin Regional komitəsi Rusiya Dövlət Dumasının Regional komitəsinə müraciət hazırlayıb: “Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda minlərlə toponimimizin adı dəyişdirilib. Belə olan halda sentyabr ayından bu yana Rusiya sülhməramlılarının Azərbaycan toponimlərinin adını təhrif edərək, separatizmə dəstək verməsi düzgün deyil. Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə sülh yaradanlar lazımdır, separatçı deyil”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu