Bank Of Baku

Xəstəxanaya yerləşdirilən Arif Yunusun vəziyyəti stabilləşib

# 11:40
29 aprel 2014

“1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun vəziyyəti hazırda stabilləşib”.

Bu barədə Lent.az-a xəstəxananın reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumatda o da deyilir ki, xəstə qan təzyiqi ilə əlaqədar reanimasiyaya yerləşdirilib: “Bura daxil olanda vəziyyəti orta ağır idi. İndi huşu özündədir. Şikayəti zəifliyindəndir”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunus aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR