Məşhur aktyor həbs olunacaq?
Məşhur türkiyəli aktyor İlyas Salman 2 il müddətinə həbs oluna bilər.
APA TV xəbər verir ki, aktyor ötən il yanvarın 25-də sosial şəbəkə hesabında etdiyi paylaşımda türk millətini alçaltmaqda ittiham olunur.
Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb. İddiada aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi qeyd olunub. Bu səbəbdən aktyorun 6 aydan 2 il-ə qədər həbsi tələb edilir.
Aktyor mart ayında Anadolu Məhkəməsində mühakimə olunacaq.
Qeyd edək ki, İ.Salman "Hababam sınıfı", "Çöpçüler kralı", "Kibar Feyzo" və "Banker Bilo" kimi ekran işlərində rol alıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi