Keçmiş bağça müdiri özünü asdı
İsmayıllı rayonunda müəmmalı intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Lahıc sakini, 1949-cu il təvəllüdlü Mövlanova Banu Əlövsət qızı bu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq, intihar edib. Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gediblər. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı