Məşhur tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib
Azərbaycan Dillər Universitetinin Müasir alman dili kafedrasının dosenti, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib. Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən «Əli və Nino» romanını alman dilindən Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə, Avstriya hökumətinin mükafatını da alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı