Bakını bürüyən qatı dumanın səbəbi açıqlandı
Bakıda və Abşeron yarımadasında güclü duman müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə bildirib ki, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buldulu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı barədə əvvəlcədən proqnoz verilib. Onunsözlərinə görə, gündüz saatlarından başlayaraq, dumanın tədricən çəkiləcəyi gözlənilir. Qatı dumanın səbəbinə gəlincə, Asif Verdiyev bildirib ki, bu, hava şəraiti ilə bağlıdır. Onun sözlərinə görə, yüksəklikdə havanın temperaturu yüksək olur. Yer səthində isə temperatur aşağı olur. Bunlar arasında inversiya yaranır və duman əmələ gəlir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı