Türkiyədə daxili işlər nazirinin qohumunu güllələdilər

# 02:17
19 iyul 2022

Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez (59) Trabzonun Of rayonunda silahlı hücum nəticəsində həyatını itirib. APA TV Türkiyə mətbuatına istinadən  xəbər verir ki, hücum edən Fatih adlı şəxs artıq saxlanılıb.Hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.

 

Daxili İşlər Naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmezlə Fatih arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddətdə döyüşə çevrilən hadisədə Fatih  belindən çıxardığı tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Dönmez hekimlerin seyine baxmayaraq  heyatini itirib. Hadisədən sonra Fatih əlindəki silahla polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR