DSX-da Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunub
Dövlət sərhəd xidmətinin aparatında Heydər Əliyevin anadan olmasının 91-ci ildönmünə həsr olunmuş elmi -praktiki konfrans keçirilib. APA TV-nin xəbərinə görə, konfransda məruzələr dinlənilib. Çıxışlarda Heydər Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkşafındakı müstəsna xidmətləri , Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin iilik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi formalaşdırması, dövlət sərhədlərinin mühafizəsi strateqiyasını müəyyən etməsi xüsusi qeyd olunub. Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı