Dağıstanda atışma: 3 silahlı öldürüldü
Dağıstanda polislə yaraqlılar arasında atışma olub. Hadisə Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verib. APA TV-nin xəbərinə görə, polislər şübhəli avtomobili saxlamağa cəhd edib. Lakin avtomobilin içində olan şəxslər polislərə silahlı müqavimət göstəriblər. Daha sonra tərəflər arasında atışma baş verib. Nəticədə qanunsuz silahlı birləşmənin üç üzvü öldürülüb. Yoldan keçən yerli sakin isə sinəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti qeyri-kafidir.
Hazırda zərərsizləşdirilən şəxslərin şəxsiyyəti və hansı terrorçu qruplaşma ilə əlaqəli olub-olmadığı müəyyənləşdirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı