Yük maşını 2 avtomobilə çırpıldı: 4 yaralı
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. "Qazel" markalı su daşıyan yük maşını “Niva” markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan yük maşını daha sonra yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə dəydikdən sonra ağaca çırpılıb. Baş vermiş avtoqəzada 4 nəfər - 27 yaşlı Mətləb Abbasov, 26 yaşlı Hafiz Rəhimov 32 yaşlı İlqar Həsənov və onun qardaşı 27 yaşlı İntiqam müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı