Ad günündə faciə: 19 yaşlı oğlan kanalda batdı
Qarabağ su kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində gənc oğlan batıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, batan şəxs Ağcabədi şəhərinin Şıxəli Qurbanov küçəsində yaşayan 19 yaşlı Talıbov Ceyhun Vüqar oğludur. O, dünən dostlarından birinin ad günü münasibətilə keçirilən məclisdə olub. Məclis başa çatdıqdan sonra gənclər "Qarabağ" kanalında çimməyə gediblər. Nəticədə Ceyhun Talıbov suda batıb. Onu xilas etmək mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə Ceyhun Talıbovun axtarışını davam etdirirlər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı