Somada çökmüş mədəndə yanğın başladı! Ölənlərin sayı 299 nəfərə çatdı!
Türkiyədə faciə baş verən kömür mədənində yenidən yanğın başlayıb. Bu səbəbdən xilasetmə işləri müvəqqəti olaraq dayandırılıb. Bu barədə jurnalistlərə məlumat verən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, bütün çətinliklərə baxmayaraq daha bir fəhlənin meyiti kömür mədənindən çıxarılıb. Bununla da baş verən faciə nəticəsində ölənlərin sayı 299-a çatıb. Mədəndə daha 3 fəhlənin meyitinin qaldığı güman edilir.
Nazir bildirib ki, xilasetmə işləri ilə bərabər yanğının da qarşısı qısa zamanda alınmalıdır. Əks təqdirdə yanğının daha böyük əraziyə yayılma ehtimalı var.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı