Suriyada öldürülən jurnalistlərin sayı açıqlandı
Suriyada iğtişaşlar başlayan gündən indiyə qədər öldürülən jurnalistlərin sayı açıqlanıb. İngiltərədə nəşr olunan "The Independent" qəzetinin araşdırmasına görə, Suriyadakı döyüşlərdə indiyə qədər 65 jurnalistin öldürüldüyü, təxminən 30 jurnalistin isə həbs olunduğu məlum olub. APA TV-nin türk mediasına istinadən verdiyi məlumata görə, Avropa İttifaqının Daxili Nəzarət Komissiyasının rəhbəri Cecilia Malmström də Aralıq dənizindən Avropaya köç etmək istəyənlərin əksəriyyətini suriyalı qaçqınların təşkil etdiyini, 2013-cü ildə Aralıq dənizində içərisində suriyalıların da olduğu 700 nəfərin öldüyünü söyləyib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı