Bank Of Baku

10 yaşlı Nərminin qətlində şübhəli bilinən şəxsin həbs müddəti uzadılıb

# 15:01
18 iyul 2020

Nəsimi rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.

 

O bildirib ki, hakim Natəvan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay artırılıb.

 

Vəkil qeyd edib ki, qərardan apelyasiya şikayət verəcəklər.

 

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR