1000 rubl 20.4 manat - RUBL NƏ QƏDƏR QALXA BİLƏR?

# 20:41
31 mart 2022

Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən rublun məzənnəsində kəskin enmələr müşahidə olunsa da, son 2 həftədə böyük sıçrayışla dəyər qazandığı müşahidə edilir.
APA TV xəbər verir ki, 1 həftə öncə 1000 rubl 16 manat 50 qəpik dəyərində idisə hazırda 20.4 manata bərabərdir.
Rublun güclənməsinin əsas səbəbi isə Rusiyanın son qərarı olub. Bir neçə gün öncə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqladı ki, təbii qaz Qərb ölkələrinə rublla satılacaq.  

Bəs görəsən Qərbin sanksiyalarına rəğmən, rubl daha nə qədər güclənə bilər?İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Avropa İttifaqı ölkələri hazırda ümumi idxal etdiyi qazın 45 faizini Rusiyadan alırlar. Bu isə olduqca böyük rəqəmdir. Onun fikrincə, Avropa ölkələri minumum 2 il müddətində Rusiya qazından asılı qalacaqlar.
Bu isə mümkün deyil. Çünki rus rublu Qərb banklarında çox azdır. ABŞ-ın isə bu il əlavə olaraq Avropaya qaz ixrac etmək istəyi belə Avropanın Rusiyadan qaz asılılığını aradan qaldırmır. Rublun nə qədər qalxıb-düşəcəyini heç kim öncədən proqnoz edə bilmədiyindən, vətəndaşlara bu sahədə hər hansı bir pul dəyişikliyi etməmişdən öncə yaxşı düşünmələri tövsiyyə olunur – deyə, ekspert bildirib.
Qərb isə rublun kursunun dollar qarşında güclənməsindən narahatdır. Bəzi ekspertlər iddia edirlər ki, Rusiya bu addımı ilə yetinməyib, Qərbə rublu faizlə satacaq. Nəticədə isə rubl daha da güclənəcək.
G7 ölkələrinin sonuncu yaydığı bəyanatda isə Rusiya qazının rublla alışının mümkün olmayacağı bildirilmişdi.

Kreml isə sabahdan təbii sərvətini rublla satmağı planlaşdırır. Bu qərar Rusiyanın xeyirinəmi, yoxsa ziyanınamı olacaq, bunu zaman göstərəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR