127 xarici ölkədən Bakıya bunun üçün gəliblərmiş

# 18:38
5 dekabr 2022

Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib. Festival çərçivəsində 10 kateqoriya üzrə yarış, 1 kateqoriya üzrə innovativ layihələr sərgisi keçirilib. Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, milllət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Nazir qeyd edib ki, 2026-cı ilə qədər 280 000-ə yaxın şagirdin  STEAM məzmununa qoşulması planlaşdırılır: “Bilirsiniz ki, sizinlə də dəfələrlə müxtəlif ölkələrdə STEAM mərkəzlərinin açılışında olmuşuq. Hazırda 300-ə qədər məktəbdə 100 mindən bir az artıq şagird STEAM siniflərinə cəlb olunub. Ümumi planımız bundan ibarətdir ki,  təxminən 280 000-ə qədər uşaq  2026-cı ilə qədər müxtəlif siniflərdə bu sistemə qoşulub. Daha sonra isə STEAM məzmununun bizim milli kurikulumun bir hissəsinə çevrilməsi gözlənillir”

 

SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Xarici iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərə innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR