14 il azadlıqdan məhrum edildi, hökmdən ŞİKAYƏTÇİDİR
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb. APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib. İş üzrə baxış iclası avqustun 10-a təyin olunub. Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. Təqsirləndirilən şəxs barəsində dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə, təkrar hədə-qorxu ilə tələb etmə və xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə maddələri ilə ittiham elan olunub. 91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi